Ermənistanın təxribatı nəticəsində Azərbaycanın hərbi qulluqçusu şəhid olub

12:29 - 12 Fevral 2017 - Xəbər

 Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən, atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Xəbər xətti