Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Heydər Əliyev prospektində qeydə alınıb. Kürdəmir rayon sakini, 1988-ci il təvəllüdlü Sadiq Lazım oğlu Qədirovun idarə etdiyi "Chery" markalı maşınla 1982-ci il təvəllüdlü Afiq Rafiq oğlu Əliyevin idarə etdiyi "VAZ-21011" markalı minik maşını toqquşub. Nəticədə" VAZ-21011" markalı maşının sürücüsü A. Əliyev müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb "VAZ" markalı maşının sürücüsünün dönmə əməliyyatın düzgün yerinə yetirməməsi olub.Faktla bağlı araşdırma aparılır.