Milli Məclisdə Xocalı soyqırımı cinayətlərinin məsuliyyəti ilə bağlı qanun layihəsinin təqdimatı keçirilir

11:14 - 10 Fevral 2017 - Xəbər

Azərbaycan Milli Məclisində "Soyqırım cinayətləri və onların məsuliyyəti haqqında" qanun layihəsinin təqdimatı keçirilir. "Report"un xəbərinə görə, təqdimat mərasimini parlamentin İnsan hüquqları komitəsi təşkil edib. Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və başqaları iştirak edir.

Xəbər xətti