Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın Baş naziri yanında Dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincen Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.