"Türk Hava Yolları" bu dəfə 100-dən artıq reysi təxirə saldı

11:27 - 11 Yanvar 2017 - Xəbər

"Türk Hava Yolları" (THY) İstanbul aeroportlarında 113 daxili və xarici reysi təxirə salıb. Ucnoqta.az trend-ə istinadən məlumat verir ki, reyslərin təxirə salınmasının səbəbi əlverişsiz, qarlı hava şəraiti ilə bağlıdır. Qeyd edək ki, İstanbulda güclü şaxtalı və qarlı hava artıq 6-cı gündür ki, davam edir. THY bu günlər ərzində 1500-dən artıq reysi təxirə salıb. Reyslərin təxirə salınması Türkiyə hava şirkətinə 100 milyon türk lirəsi həcmində ziyan vurub.

Reysləri təxirə salan şirkət 15 minə yaxın sərnişini otellərdə yerləşdirməyə məcbur olub.

Xəbər xətti