"Türk Hava Yolları" (THY) aviaşirkəti əlverişsiz hava şəraiti səbəbindən İstanbul aeroportlarında yerli vaxtla saat 18:00-dək olan reysləri təxirə salıb.
Ucnoqta.az trend-ə istinadən xəbər veriri ki, bu barədə THY-nin rəhbəri Bilal Ekşi bildirib.
Havaya qalxan təyyarələr yaxın şəhərlərdəki aeroportlara istiqamətləniblər.
Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Bu səbəbdən şənbə və bazar günlərində hava limanlarında mindən çox aviareys təxirə salınmışdı. Eləcə də hazırda Bosfor boğazında bərə nəqliyyatı dayandırılıb.