ABŞ Ukraynada münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib. "Report" xəbər verir ki, bu barədə məlumat Birləşmiş Ştatların Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Qadağa siyahısına Rusiyanın 7 fiziki şəxsi, 34 təşkilatı və 2 gəmisi daxil edilib.
Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaları sonuncu dəfə cari ilin sentyabrında genişləndirib.