"ATƏT Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması və insidentlərin yaranması səbəblərini araşdırmaq üçün mexanizmin yaradılması üzərində işləyir". “Report” xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zanye Almaniyanın Hamburq şəhərində ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Baş katib qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin dinc yolla həll edilməsi üçün maneələri aradan qaldırmağa çağırıb.