Azərbaycan Milli Elmlər Akademiyasında Regional Elmi Mərkəzinin, Təbiət Tarixi Muzeyinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun strukturu və işçilərinin say tərkibi təsdiq edilib.Trend-in məlumatına görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.
İclasda informasiya cəmiyyətinin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planı təsdiq edilib. II Azərbaycan Elm Festivalının nəticələri müzakirə edilib və nəticələr qənaətbəxş hesab edilərək qəbul edilib.