Bakıda "8-ci km. bazarı" qarşısındakı küçə təmir olunur. “Azəravtoyol” ASC-dən verilən məlumata görə, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsındə ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.
Həmin ərazidə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçməyi tövsiyə edilir.