Çində ən populyar 10 krossover

14:45 - 21 Aprel 2025 - AVTO

Çin Avtomobil Assosiasiyası Çində ən populyar 10 krossoverin siyahısını açıqlayıb

Ucnoqta.az bildirir ki, Carnewschina.com portalı Çin Avtomobil Assosiasiyasına (CPCA) istinadən xəbər verir ki, 2025-ci ilin birinci rübündə daxili Çin bazarında 2,5 milyon krossover satılıb ki, bu da bir il əvvəllə müqayisədə 4,7% çoxdur.
Təkcə bu ilin mart ayında 948 min krossover satılıb.

2025-ci ilin birinci rübündə Çində ən populyar krossoverlər Tesla Model Y (81,9 min ədəd satılıb), Geely Xingyue L (79,9 min ədəd) və Byd Song Plus (65,6 min ədəd) olub.

İlk 10-luğa Changan CS75 Plus (53,6 min ədəd), BYD Song Pro DM-i (51,5 min ədəd), Toyota Frontlander (46,7 min ədəd), Chery Tiggo 8 (45,6 min ədəd), Li Auto Li L6 (44,3 min ədəd), Toyota RAV4 (43,5 min ədəd) və Geely Galaxy Starship 7 EM-i (42,2 min ədəd).

Xəbər xətti