ABŞ hakimiyyəti Panama bayrağı altında Venesuelaya gedən Bella 1 tankerinin müsadirə orderini alıb, çünki gəmi əvvəllər İran neftinin daşınmasında iştirak etmiş ola bilər.
Ucnoqta.az xəbər verir ki, The New York Times qəzeti bu barədə 21 dekabrda mənbələrə istinadən məlumat yayıb.
Mənbələrinə görə, ABŞ Sahil Mühafizəsi tankeri ələ keçirməyə cəhd edib, lakin tanker tabe olmayıb və marşrutu üzrə davam edib və bu da "aktiv təqib"ə səbəb olub.