Tailandla sərhəddə artan münaqişə səbəbindən yarım milyondan çox kambocalı evlərini tərk edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kamboca Daxili İşlər Nazirliyinin "Khmer Times" qəzetinə istinadən verdiyi açıqlamada bildirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, "Tailandın Kambocaya qarşı qəddar və ayrı-seçkilik etmədən hücumları" səbəbindən evlərini tərk etməyə və təhlükəsiz ərazilərə təxliyə olunmağa məcbur olan mülki şəxslərin sayı 21 dekabr axşamına qədər 525.231 nəfərə çatıb ki, bunlardan 274.800-ü qadın, 167.100-ü isə uşaqdır.