Aİ Kiyevin maliyyələşdirilməsi ilə bağlı yekun qərar verməlidir - Ursula fon der Lyayen

12:43 - 17 Dekabr 2025 - DÜNYA

Avropa İttifaqı 18-19 dekabr sammitində 2026-2027-ci illərdə Ukraynanın Rusiya aktivlərindən maliyyələşdirilməsi ilə bağlı yekun qərar verməlidir; bu, təxirə salına bilməz.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində çıxış edərkən bildirib.

"BVF-nin hesablamalarına görə, Ukraynanın 2026-2027-ci illərdə təxminən 137 milyard avroya ehtiyacı var və Avropa İttifaqı bu məbləğin üçdə ikisini - 90 milyard avronu ödəməlidir. Avropa Komissiyası iki variant təklif edib: biri Rusiya aktivlərinə, digəri isə Aİ-nin ümumi kreditinə əsaslanır. Bir şey aydındır: Ukraynanın növbəti iki il üçün maliyyələşdirilməsi ilə bağlı yalnız bu Avropa Şurasının iclasında qərar verməliyik. Aİ artıq çox vacib bir qərar verib - ötən həftə Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulmasını təsdiqlədik ki, bu da həlledici addımdır" , - deyə o bildirib.

Xəbər xətti