Bakıda evdən 12400 manat oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.