Benində çevrilişdə iştirak etməkdə şübhəli bilinən otuz nəfər saxlanılıb

16:18 - 16 Dekabr 2025 - DÜNYA

Benində uğursuz çevriliş cəhdində iştirak etməkdə şübhəli bilinən təxminən 30 nəfər saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məhkəmə mənbələrinə istinadən məlumat yayıb.

AFP-nin məlumatına görə, həbs olunanların əksəriyyəti hərbçilərdir. Daha əvvəl 14 çevrilişçinin saxlanıldığı bildirilirdi.

Təhlükəsizlik qüvvələri çevriliş cəhdində iştirak edənləri, o cümlədən üsyançı lideri, podpolkovnik Paskal Tiqrini axtarmağa davam edir. Jeune Afrique jurnalı əvvəllər Tiqrinin qonşu Toqoya qaçdığını bildirmişdi.

Xəbər xətti