Pnompen Banqkokdan üç tələbi yerinə yetirərsə, Tailand Kamboca ilə atəşkəs barədə danışıqlar aparacaq.
Ucnoqta.az xəbər verir ki, Tailand Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin baş direktoru və sözçüsü Nikondet Falanqkun bunu brifinqdə açıqlayıb.
"Birincisi, Kamboca atəşkəsi açıq şəkildə elan etməlidir. İkincisi, atəşkəs tətbiq olunmalı və riayət olunmalıdır. Üçüncüsü, Kamboca mina təmizləmə səylərində ciddi iştirak etməlidir", - deyə o bildirib.
Palanqkun əlavə edib ki, Tailand sərhəd münaqişəsini sülh yolu ilə həll etmək üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır.
Xatırladaq ki, Tailand-Kamboca sərhədində 7 dekabrda silahlı toqquşmalar başlayıb.