Dekabrın 12-də Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüdlü Taleh Şahid oğlu Fehruzlu yaşadığı evdən çıxıb, geri qayıtmayıb.
Ucnoqta.az xəbər verir ki, araşdırmalarla onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən olunub.