Tramp yəhudi xalqını xarici hücumlardan qoruyacağına söz verib

11:44 - 15 Dekabr 2025 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Hanuka bayramı münasibətilə etdiyi çıxışında yəhudi xalqını xarici hücumlardan qoruyacağına, o cümlədən yəhudi dini mərasimlərinin təhlükəsizliyinə zəmanət verəcəyinə söz verib.

Ucnoqta.az xəbər verir ki, Ağ Evin saytında yerləşdirilən mesajda deyilir.

 "Bu bayram mövsümündə mənim Administrasiyam yəhudi xalqının yanında möhkəm durmağa və hər bir möminin təqib qorxusu olmadan dinlərini sərbəst şəkildə yerinə yetirmək hüququnu müdafiə etməyə davam edəcək".

Trampın açıqlamaları Avstraliyada Hanuka bayramını qeyd edənlərə hücumdan sonra dərc edilib.

Xəbər xətti