İspaniya Ukraynaya 2 milyard avro yardım edib

16:57 - 15 Dekabr 2025 - DÜNYA

İspaniyanın Baş naziri Pedro Sançes Madridin Kiyevə müxtəlif formalarda 2 milyard avrodan çox yardım ayırdığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Baş nazir mətbuat konfransında bildirib.

"Biz Ukraynaya hərbi yardım da daxil olmaqla, bütün növ yardımlarda 2 milyard avrodan çox yardım göstərmişik" - o, qeyd edib.

Noyabr ayında Madriddə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Sançes Kiyev üçün 615 milyon avro dəyərində yeni hərbi yardım paketi vəd edib.

Xəbər xətti