Latviya hakimiyyəti Rusiya və Belarusla sərhədlər boyunca hava məkanında axşam və gecə uçuşlarına qoyulan qadağanı daha bir həftə uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın hava hərəkətinə nəzarət xidmətindəki mənbə TASS-a bildirib.
Qadağa əvvəllər 14 dekabr bazar günü, günün sonuna qədər qüvvədə idi.
"Məhdudiyyətlər yenidən uzadılıb və beləliklə, Rusiya və Belarusla sərhəd hava məkanında 6 km-ə qədər yüksəkliklərdə uçuşlara qoyulan qadağan 21 dekabrın sonuna qədər qüvvədə qalacaq", - agentliyin mənbəyi bildirib.
O xatırladıb ki, Latviya hakimiyyəti əvvəlcə sentyabr ayında oxşar məhdudiyyətlər tətbiq edib və o vaxtdan bəri onları davamlı olaraq uzadır.