Sərhəd pozucuları 31 kq narkotiklə saxlanıldı

12:58 - 16 Dekabr 2025 - ÖLKƏ İÇİ

Dekabr ayının 15-də saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb. 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Keçirilən kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri – 1985-ci il təvəllüdlü Şahbazov Qədir Hüseynağa oğlu və 1986-cı il təvəllüdlü Babayev Zamiq Mövsümağa oğlu saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti