Rusiya hava hücumundan müdafiə sistemləri dünən gecə Rusiya bölgələri, Azov dənizi və Qara dənizlər üzərində 94 Ukrayna PUA-sını zərərsizləşdirib.
Ucnoqta.az bildirir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat verib.
Məlumata görə, 31 PUA Krasnodar diyarı üzərində, 22 PUA Rostov vilayəti üzərində, 10 PUA Voronej vilayəti üzərində, 8 PUA Saratov vilayəti üzərində, 8 PUA Azov dənizi üzərində, 8 PUA Qara dəniz üzərində, 4 PUA Volqoqrad vilayəti üzərində və 3 PUA Bryansk vilayəti üzərində olub.