İsrail Livanda "Hizbullah" hərəkatının silahlı qanadının iki üzvünü öldürmək üçün dronlardan istifadə edib.
Ucnoqta.az xəbər verir ki, "Asharq Al-Awsat" qəzetinin məlumatına görə, dronlardan biri sərhəddəki Əl-Edeisa şəhərində pikap maşınına hücum edib. Maşın raket zərbəsindən sonra alovlanıb və döyüşçü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Başqa bir dron Beyrutdan 40 kilometr aralıda yerləşən Siblin və Cadra şəhərləri arasındakı cənub magistral yolunda hərəkət edən bir nəqliyyat vasitəsinə dəyib. Ölən komandirdən əlavə, sıx bir magistral yolda baş verən partlayışda daha beş nəfər yaralanıb.