Azərbaycanda müəllim sinif otağında ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə baş verib.
Məktəbin ibtidai sinif müəllimi Sevda Həsənova qəfildən dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə S.Həsənova məktəbdə dərsləri bitdikdən sonra sinif otağında qəfil halı pisləşib və yerə yıxılıb. Əraziyə dərhal təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
46 yaşlı müəllimin daha əvvəl ürəyinə stend qoydurduğu bildirilir.
///olke.az