Amerikalı iş adamı Bill Akman 14 dekabrda Bondi çimərliyində insanlara hücum edən terrorçulardan birini zərərsizləşdirən Sidney sakini Əhməd əl-Əhməd üçün ianə toplama kampaniyası başladıb və təxminən 100.000 dollar bağışlayıb.
Ucnoqta.az xəbər verir ki, milyarder bu təşəbbüsü X-də elan edib.
Məlumata görə, təxminən 542.000 dollar toplanıb və hədəf 1 milyon dollardır. Akmanın özü 99.999 dollar ianə ilə donor kimi qeyd olunub.