Ucnoqta.az
www.ucnoqta.az

Milyarder terrorçunu zərərsizləşdirən Sidney sakininə 100.000 dollar bağışladı

08:03 - 15 Dekabr 2025 tarixində dərc olunub.

Amerikalı iş adamı Bill Akman 14 dekabrda Bondi çimərliyində insanlara hücum edən terrorçulardan birini zərərsizləşdirən Sidney sakini Əhməd əl-Əhməd üçün ianə toplama kampaniyası başladıb və təxminən 100.000 dollar bağışlayıb.

Ucnoqta.az xəbər verir ki, milyarder bu təşəbbüsü X-də elan edib.

 Məlumata görə, təxminən 542.000 dollar toplanıb və hədəf 1 milyon dollardır. Akmanın özü 99.999 dollar ianə ilə donor kimi qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası