İsrail ordusu Qəzza zolağından yeni raket zərbələri aşkar edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, atəş anklavın şimal hissəsindən qeydə alınıb.
Raket təhdidi ilə əlaqədar İsraillə sərhəddə yerləşən Netiv HaAsara kəndi ərazisində hava hücumu həyəcanı elan edilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.