Azərbaycanda arvad ərini döydü

11:28 - 16 İyul 2025 - ÖLKƏ İÇİ

Sabirabad rayonunda kişi arvadı tərəfindən döyülüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Sabirabad rayon sakini M.Musayev dünən saat 21 radələrində DİN-in "102" Xidməti-Zəng Mərkəzinə müraciət edərək, həyat yoldaşının ona taxtadan olan stulla xəsarət yetirdiyini bildirib.

Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti