Cənubi Koreyanın keçmiş prezidenti həbsinin qanuniliyinə etiraz edib

10:33 - 16 İyul 2025 - DÜNYA

Cənubi Koreyanın keçmiş prezidenti Yoon Sok Yeol iyulun 16-da həbsinin qanuniliyini yoxlamaq üçün Seul Mərkəzi Dairə Məhkəməsinə vəsatət qaldırıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun vəkilləri mətbuata açıqlamasında bildiriblər.

Siyasətçi 2024-cü il dekabrın 3-də hərbi vəziyyət hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində iyulun 9-da həbs edilib.

Keçmiş prezidentin müdafiə komandası israr edir ki, onun həbsi həm mahiyyətcə, həm də prosessual baxımdan “qanunsuz və əsassızdır”.

Qaydalara görə, məhkəmə vəsatət verdikdən sonra 48 saat ərzində şübhəlini dindirməli və sübutları tədqiq etməli, sonra həbsin qanuniliyi barədə qərar verməlidir.

Siyasətçi 2025-ci ilin əvvəlində, hələ ölkənin prezidenti vəzifəsində olarkən ilk həbsindən sonra oxşar addımlar atıb. O, yanvarın 19-da dövlət quruluşuna qarşı üsyan təşkil etməkdə ittiham edilərək həbs edilib. Lakin mart ayında Seul Mərkəzi Rayon Məhkəməsi həbsi ləğv edib və şübhəlini həbsdən azad edib. 

Xəbər xətti