İsrail Müdafiə Nazirliyi İsrail ordusuna Suriya rejimi qüvvələrinə hücum etməyi əmr edib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin baş naziri və müdafiə naziri İsrail ordusuna Suriyanın cənubundakı Əs-Suveyda şəhərinə daxil olan Suriya rejimi qüvvələrinə hücum əmri verdiklərini bildirib.
Baş nazir və müdafiə naziri bildirib ki, İsrail Suriyada druzlara zərərin qarşısını almağa və İsrail-Suriya sərhədinə yaxın ərazinin demilitarizasiyasını təmin etməyə çalışır.