Fövqəladə hallar nazirinə yeni müavin TƏYİN OLUNDU

20:25 - 14 İyul 2025 - Xəbər

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 2025-ci il 11 iyul tarixdə imzaladığı Sərəncama əsasən, polkovnik Ələsgərov Ələsgər Əli oğlu Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.

Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli polkovnik Ələsgər Ələsgərovu Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin kollektivinə təqdim edib.

Qeyd edək ki, Ələsgərov Ələsgər yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər xətti