Şirvanda keçmiş məhkum narkotikə görə həbs olundu

10:04 - 14 İyul 2025 - ÖLKƏ İÇİ

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Vladimir Zubkov saxlanılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Xəbər xətti