Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb

17:50 - 14 İyul 2025 - ÖLKƏ İÇİ

İyulun 14-ü günorta saatlarında Siyəzən rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın rayonun Dərəzarat kəndi yaxınlığında qeydə alınıb, kol-kos və quru otluq ərazini əhatə edir.

Əraziyə yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və yanğınsöndürən maşınlar cəlb olunub. Amma yanğın baş verən ərazi çətin dağlıq relyefə malik olduğu üçün yanğınsöndürən maşınları söndürmə prosesinə cəlb etmək mümkün deyil. Bu səbəbdən hazırda yanğın yanğınsöndürənlər və yaxın kəndlərin sakinlərinin köməyi ilə söndürülür. Artıq yanğın nəzarətə götürülüb və genişləndirilməsinin qarşısı alınır.

Xəbər xətti