Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, Ələt-Astara magistral avtomobil yolunun 114-cü kilometrliyində fəaliyyət göstərən, fiziki şəxs Vəkil Mikayıl oğlu Ağayevə məxsus “Öz Məkan“ kafesində yoxlama keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub.