Sabirabadda ər arvadını bıçaqlayıb

09:16 - 16 İyul 2025 - ÖLKƏ İÇİ

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti