İsrail ordusu Qəzzada 1 kilometr uzunluğunda tuneli dağıdıb

12:32 - 11 İyul 2025 - DÜNYA

İsrail əsgərləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisində silahlı radikalların bir dəstəsi və təxminən 1 km uzunluğunda tuneli məhv ediblər.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, qoşunlar İsrail Hərbi Hava Qüvvələri ilə birgə hərəkət edərək onlara yaxınlaşan və təhlükə yaradan silahlı terrorçu dəstəni məhv ediblər.
Bundan əlavə, Xan Yunisdə təxminən 1 km uzunluğunda tunel aşkar edilərək məhv edilib.

Bildirilir ki, İsrail ordusu “İsrail dövlətinin mülki əhalisini müdafiə edərək, Qəzza zolağında terror təşkilatlarına qarşı hərbi əməliyyatları davam etdirir.

Xəbər xətti