ANAMA işçi axtarır - VAKANSİYA VAR

10:54 - 11 İyul 2025 - Ədəbiyyat

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə yerləşən mobil bazalarında (Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan Laçın rayonları və Xankəndi şəhəri üzrə) qabyuyan, bağban, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, avtobus sürücüsü vəzifələri və Horadiz regional əməliyyat mərkəzində vulkanizatorçu vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. 

Bu barədə Ucnoqta.az-a ANAMA-dan bildirilib. Qeyd olunur ki, göstərilən vəzifələrdə çalışacaq işçilərin səmərəli fəaliyyətinə görə rüblük mükafatların verilməsi nəzərdə tutulur. 
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir. 
•    müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
•    şəxsiyyət vəsiqəsinin surəti;
•    təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
•    əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin və baza şəraitində yaşaya biləcək vətəndaşların namizədliyinə üstünlük veriləcək. 
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Xəbər xətti