Hindistanda zəlzələ baş verib

09:14 - 10 İyul 2025 - DÜNYA

İyulun 10-da səhər saatlarında Hindistanda 4,4 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Haryana ştatında, ocağı isə təxminən 10 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt rayonunun müxtəlif ərazilərində hiss olunub və təxminən 10-15 saniyə davam edib. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

Xəbər xətti