İran nüvə proqramını bərpa edərsə, İsrail İranı yenidən vurmağa hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın bu cür hərəkətlərə icazə verə biləcəyinə inanırlar. Belə ki, İsrailin strateji planlaşdırma naziri Ron Dermer bu yaxınlarda Vaşinqtona səfərindən sonra qapalı görüşlərdə Ağ Ev rəhbərinin “müəyyən şəraitdə” İrana zərbələr endirilməsini dəstəkləyəcəyi fikrini bildirib.
Portal onların arasında Tehranın Fordo, Natanz və İsfahandakı hücuma məruz qalmış nüvə obyektlərindən yüksək zənginləşdirilmiş uranı çıxarmaq cəhdini qeyd edib. Digər səbəb isə uranın zənginləşdirilməsi obyektlərində işlərin bərpası ola bilər.