İsrail hərbçiləri (IDF) Suriyanın cənubunda bir neçə silahlı radikalı saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, saxlanılan şəxslər İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlılarına (İran Silahlı Qüvvələrinin elit bölmələri) bağlıdırlar.
Bildirilir ki, kəşfiyyat məlumatlarına əsasən, hərbçilər Suriyanın cənubundakı Tell Qudna bölgəsində İran Əl-Qüds qüvvələrinin rəhbərliyi altında fəaliyyət göstərən bölməni saxlamaq üçün gecə ərzində əməliyyat keçirib.