Filippin yaxınlığında güclü zəlzələ olub

07:13 - 24 İyun 2025 - DÜNYA

Filippinin Mindanao adasının şərq sahillərində Filippin dənizində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, operativ emal məlumatlarına əsasən, zəlzələnin episentri Mindanao ştatının Bisliq şəhərindən 390 km şərqdə olub.

Episentrdə yeraltı təkanların intensivliyinə əsasən seysmik hadisə “dağıdıcı” kimi qiymətləndirilir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 6,3 bal gücündə qiymətləndirib. Qeyd olunur ki, zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəbər xətti