1420.9 hektar ərazi minalardan təmizlənib

14:22 - 23 İyun 2025 - Xəbər

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.06-2025-22.06.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 70 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 1 445 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 420,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti