Çempionlar Liqasının hazırkı qalibi Fransanın "Pari Sen-Jermen" klubu klublararası dünya çempionatının qrup mərhələsinin ikinci tur matçında Braziliyanın "Botafoqo" klubuna 0:1 hesabı ilə uduzub.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma Pasadenada (Kaliforniya, ABŞ) baş tutub.
Yeganə qolu 36-cı dəqiqədə braziliyalı hücumçu İqor Xesus vurub.