Ucnoqta.az
www.ucnoqta.az

PSJ Braziliya klubuna uduzdu

07:30 - 20 İyun 2025 tarixində dərc olunub.

Çempionlar Liqasının hazırkı qalibi Fransanın "Pari Sen-Jermen" klubu klublararası dünya çempionatının qrup mərhələsinin ikinci tur matçında Braziliyanın "Botafoqo" klubuna 0:1 hesabı ilə uduzub.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Pasadenada (Kaliforniya, ABŞ) baş tutub.

Yeganə qolu 36-cı dəqiqədə braziliyalı hücumçu İqor Xesus vurub.

Müəllif: Ucnoqta.az redaksiyası