İrandan Türkiyəyə gedən maşında narkotik aşkarlandı

16:50 - 5 İyun 2025 - Xəbər

İrandan Naxçıvan yolu ilə Türkiyəyə gedən yük maşınında 77 kiloqramdan çox narkotik vasitə aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “divar paneli” yükü aparan Türkiyə vətəndaşının idarə etdiyi yük maşını Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsasalı yoxlamaya cəlb olunub.

Yoxlama zamanı yük maşınında “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada ümumi təmiz çəkisi 77 kq 150 qr olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırılma aparılır.

Xəbər xətti