Tarixin ən yaxşı futbolçusu seçildi

21:18 - 18 May 2025 - İDMAN

Argentinalı hücumçu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi tarixin ən yaxşı futbolçuları reytinqinə başçılıq edib.

Ucnoqta.az xəbər verir ki, siyahıda ikinci yeri braziliyalı Pele, üçüncü yeri isə argentinalı Dieqo Maradona tutub.

Messinin fərdi mükafatlar uğrunda ən önəmli rəqibi portuqaliyalı Kriştiano Ronaldo siyahıda dördüncü yeri tutub.

8 dəfə Qızıl topun sahibi Messi tarixin ən çox mükafat alan futbolçusudur. Onun əsas mükafatları arasında Argentina millisi ilə Dünya Çempionatında (2022), Çempionlar Liqasında dörd qələbə və İspaniya çempionatında on qələbə var.

Xəbər xətti