"Avroviziya 2025"də Azərbaycana bir ölkə səs verib

12:00 - 18 May 2025 - MAQAZİN

"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalında Azərbaycan 37 ölkə arasında 7 xalla 37-ci olub.

Ucnoqta.az xəbər verir ki, ölkəmizə yalnız San-Marino xal verib. Bununla da Azərbaycan həm yarımfinal, həm də ümumi səslərə görə sonuncu olub.

Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib.

Yarışmanın qalibi isə 436 xalla Avstriya olub. Ölkəni "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə təmsil edib. ///Axşam.az

Xəbər xətti