Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri Tel-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına raket zərbələri endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, Yəmənin raket qüvvələri iki ballistik raketlə işğal altındakı Yaffa rayonundakı Ben Qurion hava limanına hücum edərək hərbi əməliyyat keçirib.
Sariyanın sözlərinə görə, zərbələrdən biri “hipersəsli” Fələstin-2 raketi ilə həyata keçirilib. Husi sözçüsü həmçinin bildirib ki, yəmənli üsyançı qüvvələr şənbə günü səhər İsrail hava limanına hücum edən pilotsuz təyyarə ilə hücuma keçib.