Daha 30 cinayətin üstü açılıb - DİN

10:00 - 15 Aprel 2025 - HADİSƏ

Aprelin 14-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

 Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Xəbər xətti